...

Bu terror İranın anti- Azərbaycanın siyasətinin növbəti təzahürüdür - İsa Həbibbəyli

Gündəm Materials 30 Yanvar 2023 11:32 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranda Azərbaycanın səfirliyinə edilən silahlı basqın heç şübhəsiz İranın Azərbaycana qarşı aparıdığ siyasətin parçasıdır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasəy Heyətinin iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu faciəli cinayət terror hadisəsidir.

“Bu hadisəyə görə bütün məsuliyyət İranın üzərinə düşür və cavab verməlidir. Azərbaycan elm ictimaiyyəti bunu terror hesab edir. Bu terror İranın anti- Azərbaycanın siyasətinin növbəti təzahürüdür. Tələb edirik ki, hadisənin günahkarları cəzalandırılsın”,- deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti