...

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Gündəm Materials 6 Fevral 2023 09:44 (UTC +04:00)
Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 6-sı, saat 06 radələrində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti