...

Azərbaycanlı xilasedicilər Türkiyədə xilasetmə tədbirlərini davam etdirir (FOTO/VİDEO)

Gündəm Materials 13 Fevral 2023 09:42 (UTC +04:00)
Azərbaycanlı xilasedicilər Türkiyədə xilasetmə tədbirlərini davam etdirir (FOTO/VİDEO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan xilasedicilərinin Türkiyədə xilasetmə tədbirləri davam edir.

Trend-in məlumatına görə, indiyədək xilasedicilərimiz tərəfindən zəlzələ bölgələrində 51 nəfər xilas olunub, 613 nəfərin isə cəsədi çıxarılaraq təhbil verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti