...

Azərbaycan Ordusunda keçirilən daşqaldırma birinciliyi başa çatıb (FOTO)

Gündəm Materials 17 Fevral 2023 17:05 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən daşqaldırma birinciliyinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə səkkiz komanda üzrə 44 hərbi qulluqçunun iştirak etdiyi yarışın yekun nəticələrinə əsasən “Hərbi Hava Qüvvələri” komandası birinci, “Quru Qoşunları” komandası ikinci, “Hərbi Polis” komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti