...

Azad olunmuş ərazilərdəki su hövzələrinə təxminən yarım milyon balıq buraxılıb

Gündəm Materials 22 Fevral 2023 14:14 (UTC +04:00)
Azad olunmuş ərazilərdəki su hövzələrinə təxminən yarım milyon balıq buraxılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Laçın. Trend:

Ötən ildən indiyə qədər təxminən yarım milyon müxtəlif növlü balıq işğaldan azad olunmuş ərazilərdəki su hövzələrinə buraxılıb.

Trend-in məlumatına görə, bunu Laçın şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Elşad Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəssisələrində yetişdirilən 1500 ədəd qızılxallı forel balığı Laçın rayonunda Həkəri çayına buraxılıb: “Bunda məqsəd təbii su hövzələrində populyasiyanın bərpa olunmasıdır”.

E.Əhmədov vurğulayıb ki, bundan sonra da mütəmadi olaraq balıqların su hövzələrinə buraxılması prosesi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti