...

Vardanyanı Qarabağdakı "postundan" qovdular

Gündəm Materials 23 Fevral 2023 16:25 (UTC +04:00)
Vardanyanı Qarabağdakı "postundan" qovdular

Bakı. Trend:

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanı Qarabağdakı "vəzifəsindən" qovublar.

Trend-in məlumatına görə, artıq onun yerinə əvəzedici də tapılıb. Belə ki, özünü “baş prokuror” adlandıran Qurgen Nersisyan Vardanyanın “vəzifəsini” alıb.

İndi öz biabırçı missiyasını yerinə yetirə bilməyən Ruben Vardanyan seçim qarşısındadır; Ya Azərbaycan ərazisindən sülhməramlıların avtomobilinin yük yerinə dırmaşmaq, ya Qırmızı Xaç Komitəsinin maşınına sığınmaq, ya da kartof kisəsində gizlənərək qaçmaq.

Qeyd edək ki, Münxhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni icmasının nümayəndələri ilə paraktiki ünsiyyətə başlamağa hazır olduğunu vurğulayıb.

"Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin", - deyə Prezident İlham Əliyev bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti