...

Hərbi hissələrdə mina axtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir (FOTO)

Gündəm Materials 28 Fevral 2023 11:45 (UTC +04:00)
Hərbi hissələrdə mina axtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Ağdam. Trend

Hazırda hərbi hissələrdə humanitar minaaxtarma və döyüş ərazilərinin təmizlənməsi, ümümilikdə beynəlxalq minaaxtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir.

Trend-in Ağdama ezam olunan müxbiri xəbər verir ki, bu sözləri ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda müharibədən sonrakı dövrdə beynəlxalq minaxtarma işləri genişlənib.

"Minaaxtarma işiylə məşğul olan təşkilatların eyni bir qaydayla işləməsi lazımdır ki, sonda əhalimiz bu ərazilərdə rahatlıqla məskunlaşa bilsinlər. ANAMA-da bu səbəbdən üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. ANAMA beynəlxalq minaaxtarma işində ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlara da öz təcrübəsi mübadiləsini də həyata keçirir. Bu səbəbdən biz təlimlər təşkil edir, təlim heyəti və təlim üçün vəsaitlər çoxaldılır",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti