...

Hesablama Palatası bu qurumlarla bağlı DTX və Baş Prokurorluğa müraciət edib

Gündəm Materials 12 Aprel 2023 11:10 (UTC +04:00)
Hesablama Palatası bu qurumlarla bağlı DTX və Baş Prokurorluğa müraciət edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilində 6 nəzarət tədbiri üzrə müvafiq materiallar Hesablama Palatasının kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) təqdim edilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi üzrə toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna;

“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilmiş qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna;

Dövlət Sosial Müdafiə Fondu Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərində) da bu halın olma ehtimalı ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna;

Gənclər və İdman Nazirliyi 2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna;

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkar olunması, eyni zamanda AR Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə Gəncə Regional Mədəniyyət İdarəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə;

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti