Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında mina partlayışı ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2023-cü 12 aprel tarixində Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.
Qeyd edək ki, bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.