...

Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldı (VİDEO)

Gündəm Materials 27 Aprel 2023 16:25 (UTC +04:00)
Xilasedicilər Bakıda intihara cəhdin qarşısını aldı (VİDEO)

Bakı. Trend:

Bu gün günorta saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində 1 nəfər kişi işıqlandırma dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Trend xəbər verir ki, ərazidən keçən vətəndaşlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər zəruri təhlükəsizlik tədbirləri görərməklə vətəndaşla psixoloji söhbət aparıb və onu intihara cəhd fikrindən daşındırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti