...

Azərbaycan öz gücü hesabına problemin öhdəsindən gəlməyə çalışır - Hafiz Səfixanov

Gündəm Materials 12 May 2023 12:01 (UTC +04:00)
Azərbaycan öz gücü hesabına problemin öhdəsindən gəlməyə çalışır - Hafiz Səfixanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Minalar ölkə üçün böyük problemdir və Azərbaycan öz gücü hesabına problemin öhdəsindən gəlməyə çalışır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O qeyd edib ki, təəssüf ki, mina məsələsində Azərbaycan beynəlxalq ictimaiyyətdən adekvat cavab ala bilmir.

“Əgər 2020-ci ilin hesabatında Azərbaycan mina və partlamamış sursatlarla çirklənmə səviyyəsinə görə, dünya üzrə ilk 10-luqda idisə, son statistikalara əsasən ilk üçlükdə, beşlikdə yer alır.

Mina qurbanlarımızın sayı isə Cənubi Qafqazın yerdə qalan ərazilərindəki mina qurbanlarının ümumi sayından çoxdur. Minalar ölkə üçün böyük problemdir və Azərbaycan öz gücü hesabına problemin öhdəsindən gəlməyə çalışır.

Hesablamalara görə, işğaldan azad edilmiş ərazilərimizdə 1 milyon və hətta bir qədər artıq mina və partlamamış sursat var. Mina ptobleminin həlli üçün beynəlxalaq təcrübəyə əsaslanmalıyıq və maarifləndirmə tədbirlərini artırmalıyıq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti