...

Müdafiə naziri qanunsuz erməni silahlı birləşmələrinin istənilən təxribatının qarşısının dərhal alınması barədə tapşırıqlar verib

Gündəm Materials 1 İyun 2023 11:56 (UTC +04:00)
Müdafiə naziri qanunsuz erməni silahlı birləşmələrinin istənilən təxribatının qarşısının dərhal alınması barədə tapşırıqlar verib

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.

Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.

Nazir, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti