...

Azərbaycanın müdafiə və milli təhlükəsizlik büdcəsi 6 milyard manatı ötür

Gündəm Materials 6 İyun 2023 11:01 (UTC +04:00)
Azərbaycanın müdafiə və milli təhlükəsizlik büdcəsi 6 milyard manatı ötür

Bakı. Trend:

Azərbaycanda müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur.

Artımdan sonra müdafiə və təhlükəsizlik üzrə xərclər 6 milyard 54 milyon 844 min 623 manat təşkil edəcək.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti