...

Bu sahələr üzrə əlavə vəsait ayrılacaq

Gündəm Materials 6 İyun 2023 11:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36 milyard 568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4 milyard 504,2 milyon manat və ya 14,0 faiz çoxdur.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22 milyard 039,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13 milyard 347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 7,7 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 7,9 faiz-bənd azalacaq.

Bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
- Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat. Artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaqdır;
- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70,0 milyon manat təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti