...

Lənkəran və Zaqatalaya hərbi prokuror təyin olunub

Gündəm Materials 9 İyun 2023 17:41 (UTC +04:00)
Lənkəran və Zaqatalaya hərbi prokuror təyin olunub

Bakı. Trend:

Lənkərana hərbi prokuror təyin olunub

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmrilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti