...

Vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir - DİQQƏT

Gündəm Materials 9 İyun 2023 17:59 (UTC +04:00)
Vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir - DİQQƏT
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti