...

Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən olunub

Gündəm Materials 24 İyul 2023 17:28 (UTC +04:00)
Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən olunub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb. Dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gediblər və meşəlik ərazidə yolu azıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti