...

Azərbaycan-Özbəkistan birgə hərbi təlimləri keçiriləcək

Gündəm Materials 28 İyul 2023 12:33 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir.

Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti