Bakı. Trend:
İnflyasiya ilə mübarizəni qətiyyətlə davam etdirəcəyik.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Yılmaz bildirib ki, inflyasiya proqnozlarının və vergi artımlarının artmasında əsas faktor zəlzələdir.
" Büdcə kəsirini Avropa Birliyi standartlarında saxlamaq istəyirik. Tariximizdə 11 əyalətə təsir edən ən böyük fəlakəti yaşadıq. Bu fəlakətin gətirdiyi 104 milyard dollarlıq iqtisadi zərər var. Buna baxmayaraq biz büdcədə balans yaratmışıq və il sonuna qədər vergi artımı gündəmimizdə yer almır” – deyə Cevdet Yılmaz qeyd edib.
Vitse-prezident, Mərkəzi Bankın son vaxtlar 15 milyard dollar ehtiyat topladığını bildirib.