...

"NASA" yeni kosmos rekordu qırıb

Gündəm Materials 13 Sentyabr 2023 13:39 (UTC +04:00)
"NASA" yeni kosmos rekordu qırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“NASA” astronavtı Frank Rubio kosmosda ən uzun müddət qalan astronavt olub.

Trend-in xəbərinə görə, astronavt keçən ilin sentyabrında kosmosa çıxanda orbitə yüksələn ilk amerikalı ünvanına sahib olmuşdu.

F.Rubio “NASA” astronavtı Mark Vande Heinin 355 gün 3 saat 45 dəqiqəlik kosmosda qalma müddətini keçib və beləliklə, yeni rekord qırıb. Kosmosa səfər edən F.Rubio bir neçə həftədən sonra Yerə qayıdacaq və kosmosda qalma müddətini 371 günə çatdıracaq.

Qeyd edək ki, F.Rubio hazırda bir “NASA” astronavtı kimi ən uzun fasiləsiz kosmos missiyası üzrə rekorda sahibdir. Bununla belə, kosmosda ən uzun müddət qalma rekordu hələ də başqasına, 1990-cı illərin ortalarında “Mir” kosmik stansiyasında 437 gün 18 saat yaşamış rusiyalı Valeri Polyakova məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti