...

Azərbaycanın Qarabağdakı antiterror tədbirləri talançı erməni separatçıları ilə bağlı məsələdir - Türkiyə prezidenti

Gündəm Materials 21 Sentyabr 2023 21:44 (UTC +04:00)
Azərbaycanın Qarabağdakı antiterror tədbirləri talançı erməni separatçıları ilə bağlı məsələdir - Türkiyə prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.

Türkiyə prezidenti deyib ki, bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir.

O qeyd edib ki, separatçıların sözdə seçki keçirmək cəhdləri həm Ermənistanın baş naziri, həm də Azərbaycanı ciddi narahat edib:

“Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxdı. Bu arada təbii ki, qardaşlarımızı şəhid etməkləri də hadisəni çox fərqli səviyyəyə çatdırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, öz bildiklərini etməyə davam etdilər və Azərbaycan da addım atdı, çox gec olmadan orada əməliyyatlarını başa vurdu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti