...

“WhatsApp” hesabının təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 25 Oktyabr 2023 13:30 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETX) “WhatsApp” proqramında istifadəçi təhlükəsizliyi ilə bağlı məlumat paylaşıb.

Trend ETX-nin yaydığı məlumata istinadən xəbər verir ki, məlumatda istifadəçi hesabına (account) bağlı olan cihazların mütəmadi yoxlanılması tövsiyə olunur.

““WhatsApp” hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin”, - deyə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti