Bakı. Trend:
Yaxın günlərdə Mahaçqala hava limanının fəaliyyəti bərpa olunacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası hökumətinin "Telegram" kanalı bildirib.
Məlumata görə, hava limanının fəaliyyəti yoxlama və bərpa tədbirləri aparıldıqdan sonra bərpa olunacaq.
Bundan əlavə, regional hökumət vəziyyətin Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun və bütün səviyyələrdə səlahiyyətlilərin nəzarətində olduğunu bildirdi. Bələdiyyə qurumları hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir, respublikanın şəhər və rayonlarında təhlükəsizlik tədbirləri gücləndirilib.