...

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Gündəm Materials 4 Noyabr 2023 17:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 16-da Şəmkir rayon sakini Fikrət Bağırovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, istintaqla İdris Alıyevin həmkəndlisi Fikrət Bağırovu sonuncunun yaşadığı, rayonun İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında bıçaqla xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İdris Alıyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti