...

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi ilə başa çatmasına ümid edir

Gündəm Materials 29 Noyabr 2023 21:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Azərbaycan ilə Ermənistan arasında danışıqlarının daimi sülh sazişi ilə başa çatmasına ümid edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən bəyanatda bildirilib.

Məlumata əsasən, iclas zamanı Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması ilə bağlı məsələlərə də toxununlub.

Qeyd olunub ki, Türkiyə Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəсək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti