...

Saytlarda ən çox edilən səhvlər açıqlanıb

Gündəm Materials 4 Dekabr 2023 11:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Saytlarda əvvəlki monitorinqlərlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlinir.

Trend xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, aşkarlanmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib.

"Saytlarda 1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi müəyyən olunub", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti