...

Günəş küləyinin maksimal sürəti artaraq 666 km/san qeydə alınıb

Gündəm Materials 11 Dekabr 2023 14:12 (UTC +04:00)
Günəş küləyinin maksimal sürəti artaraq 666 km/san qeydə alınıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3511 oblastındakı M5.5 sinifli alışma olub.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Alışmalar nəticəsində R1 və R2 səviyyəli radiosiqnalların kəsilməsi, həmçinin, qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində 8 ləkə qrupunda 120 ləkə və Tac dəlikləri müşahidə olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli 1398 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalıb.

Qeyd olunub ki, hesabat dövründə Günəş küləyinin maksimal sürəti artaraq 666 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -8 nT olub. Hazırda Günəş küləyinin sürəti 443 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 3.35 nT, radial istiqamətdə isə -0.47 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi qeyri-sabit və sakit səviyyələrdə olub. Hazırda Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahəsi sakitdir.

Proqnoz günlərində (11-17 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 3511 və 3513 oblastlarındakı alışma ehtimallarına əsasən S1 (radiasiya qasırğası) səviyyəsinə yüksələ bilər.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə qeyri-sabit olacağı gözlənilir. Həmçinin son 9 dekabrda baş vermiş TKA-nın da təsiri ola bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti