...

Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir - Cevdet Yılmaz

Gündəm Materials 19 Dekabr 2023 21:39 (UTC +04:00)
Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir - Cevdet Yılmaz
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Qarabağın hər yerində üçrəngli Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir.

“Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan Prezident İlham Əliyevə və əməyə keçən hər kəsə ürəkdən təşəkkür edirik.

İndi işğaldan azad edilən bu torpaqların bərpa və dirçəldilməsi zamanıdır. Qarabağın çox güclü inkişaf etmiş bölgə olması üçün əməkdaşlığımızı ən yuxarı səviyyədə davam etdirəcəyik”,- deyə C.Yılmaz deyib.

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

“Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.

C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti