...

Ağdamın mərkəzi parkı belə olacaq (FOTO)

Gündəm Materials 27 Dekabr 2023 15:05 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq.

Trend xəbər verir ki, yenidən qurulan Ağdam şəhərində buraya köçürələcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır.

Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün imkan yaradılacaq.

Parkın layihəsindən görüntüləri təqdim edirik:

Xəbər lenti

Xəbər lenti