...

Ermənistanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsi təhqir olunub (VİDEO)

Gündəm Materials 29 Yanvar 2024 21:45 (UTC +04:00)
Ermənistanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsi təhqir olunub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə növbəti erməni vandalizminin görüntüləri yayılıb.

Trend xəbər verir ki, ermənilər bu dəfə mühasirədə olan Leninqrad uşaqlarının xatirəsini təhqir etmək qərarına gəliblər

Birinci videoda erməni vandalının çələnglərdən Rusiya bayrağının təsviri olan lentləri necə çıxarıb yerə atdığını və ayaqları ilə necə tapdaladığını görə bilərsiniz.

İkinci videoda isə o, çələngləri çevirərək mühasirəyə alınmış uşaqları “faşist” adlandırır və “bu hadisəni təsdiq edən heç bir sənəd olmadığını” iddia edir.

Bu hadisə Ermənistanda və erməni cəmiyyətində faşist köməkçisi Qaregin Njdenin ideyalarının hələ də yaşadığını və inkişaf etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti