...

469 nəfərin Suriya və İraqdan geri qaytarılması üçün işlər aparılır - Zahid Oruc

Gündəm Materials 29 Fevral 2024 11:44 (UTC +04:00)
469 nəfərin Suriya və İraqdan geri qaytarılması üçün işlər aparılır - Zahid Oruc
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətimiz tərəfindən 469 nəfərin Suriya və İraqdan geri qaytarılması və sığınacaqlara yerləşdirilməsi istiqamətində işlər aparılır. Həmin ölkələrdə qalan vətəndaşlarımız müəyyən qüvvələr tərəfindən terrorçuluğa cəlb olunur. Bunun qarşısı alınmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, həmin insanların nizami ordu birləşməsində xidmət etməsi daha yaxşı olardı.

"Həbsxanalarda, təcridxanalarda məhbusların sayının artmasının narahatçılıq doğurur".

Xəbər lenti

Xəbər lenti