...

İsrailə hücum özünümüdafiə hüququ çərçivəsində aparılıb - İranın BMT-dəki nümayəndəsi

Gündəm Materials 15 Aprel 2024 02:41 (UTC +04:00)
İsrailə hücum özünümüdafiə hüququ çərçivəsində aparılıb - İranın BMT-dəki nümayəndəsi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cavab zərbəsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilən ayrılmaz özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə İranın daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Zərbələr yalnız İranın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən və beynəlxalq hüquq tərəfindən tanınan ayrılmaz özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib", - deyə o bildirib.

O qeyd edib ki, bu hərəkətlər zəruridir, zərbələr yalnız hərbi hədəflərə yönəlib və daha da eskalasiya ehtimalını azaltmaq və mülki əhaliyə mümkün zərərin qarşısını almaq üçün böyük ehtiyatla həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti