...

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Gündəm Materials 16 Aprel 2024 14:58 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın “Tesla” elektromobil istehsalçısı 140 min əməkdaşından təxminən 14 minini ixtisar etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru İlon Maskın əməkdaşlarına göndərdiyi məktubda deyilir.

“Biz işçilərimizin 10 faizdən çoxunu ixtisar etmək barədə çətin qərar qəbul etdik. Mənim üçün bundan çətin heç nə yoxdur, lakin bunu etməyə məcburuq”, - deyə məktubda bildirilir.

Bu, kompaniyanın son aylar həyata keçirdiyi ikinci ixtisar dalğasıdır. Fevral ayında “Tesla” rəhbərliyindən komandadakı “ən mühüm rolları” müəyyənləşdirmək, həmçinin bəzi əməkdaşların effektivliyini nəzərdən keçirmək tələb olunub.

Qeyd edək ki, “Tesla” elektromobil zavodu üçün yer axtarmaq məqsədilə yaxın günlərdə Hindistana mütəxəssislərdən ibarət qrup göndərməyə hazırlaşır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti