...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb (FOTO)

Gündəm Materials 18 Mart 2025 15:51 (UTC +04:00)
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus “Alatava” restoranında AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

Baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş “Bekon” əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib.

Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, ⁠temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti