Bakı. Trend:
Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.
"Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7
litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta
spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək
laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib
və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir",- deyə məlumatda qeyd edilib.