...

4 ay əvvəl İtkin düşmüş Nərminəmirovanın meyidi Kürdə tapılıb

Hadisə Materials 3 Dekabr 2007 21:15 (UTC +04:00)

Azərbaycan, Salyan/ Trend , müxbir E.Məmmədov/ Bazar ertəsi axşam saatlarında, Kür çayının Salyan rayonunun Babazanlı yaşayış massivindən keçən hissəsində naməlum qadın meyidi aşkar olunub.Salyan Rayon Polis Şöbəsinin araşdırmasından sonra məlum olub ki, cəsəd 4 ay əvvəl İtkin düşmüş Hacıqabul sakini, 1988-ci il təvəllüdlü Əmirova Nərmin Mahir qızınındır.Həkim -ekspert rəyinə görə,muyidin üzərində heç bir zorakılıq əlaməti yoxdur.Nərminin Salyana gəlmiş qohumlarının bildirdiyinə görə, mərhum Hacıqabulun kəndlərindən birinə toya gəlibmiş və bir dəstə rəfiqə Kürün sahilində moruq yığmaq qərarına gəliblər.Bu zaman qızın ayağı sürüşüb və çaya düşüb.4 aylıq axtarışlar heç bir nəticə verməyib. Yalnız bu gün Kürün Salyandan keçən hissəsində cəsəd suyun üzünə çıxıb. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti