...

Naxçıvanda dəm qazından ölənlərin sayı artıb

Hadisə Materials 16 Yanvar 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir E.Hüseynli/ Naxçıvan Muxtar Respublikasında təbii qazın intensiv verilməməsi səbəbindən son bir həftə ərzində 6 nəfər dəm qazından ölüb. Yanvarın 16-na keçən gecə dəm qazından bir ailənin 3 üzvü ölüb. Şərur rayon sakinləri Səməd Məmmədov, onun həyat yoldaşı Tamella Məmmədova və oğlu Ceyhun Məmmədov dəm qazından boğularaq vəfat ediblər. Hadisəyə səbəb qazın kəsilməsi və yenidən verilməsi nəticəsində evə sobadan dolan qazdan bogulma olub.

Bir neçə gün bundan əvvəl Babək rayonunun Nehrəm kənd sakinləri Rəsul Əsgərov və onun həyat yoldaşı Nərgiz Əsgərova da dəm qazından boğularaq vəfat etmişdilər. Analoji hal Şahbuz şəhərində də baş verib. Şahbuz şəhər sakini Məhəmməd Əliyev qaz tininin hamama dolması nəticəsində boğulub.

Havaların qeyri-sabit və şaxtalı keçməsi nəticəsində Naxçıvan MR-də təbii qaza olan tələbat artıb. Ona görə də təbii qaz fasilələrlə verilir.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb.

Xəbər lenti

Xəbər lenti