...

Azərbaycanın Gəncə şəhərində özəl tibb müəssisəsinin partladılması həyəcanı yaşanıb

Hadisə Materials 9 İyul 2008 13:47 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində özəl tibb müəssisəsinin partladılması həyəcanı yaşanıb

Azərbaycan, Gəncə, 09 iyul / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində"Xəmsə" tibb müəssisəsində bomba həyəcanı yaşanıb.

Trend -un məlumatına görə, çərşənbə günü Gəncədə yerləşən tibb müəssisəsinin UZİ otağında qara selofana bükülmüş əşya müəssisənin rəhbərliyi və xəstələri arasında narahatlığa səbəb olub.

Müəssisəyə bomba qoyulması xəbərindən sonra tibb müəssisəsindəki xəstələr və işçilər evakuasiya olunublar.

Təqribən 45 dəqiqədən sonar, yayılan məlumatın yanlış olduğu müəyyən olunub və müəssisə fəaliyyətini bərpa edib.

Hadisə zamanı Tibbi Müəssisədə 200-dək xəstə olub. Hadisədən sonra xəstələr müəssisəyə qayıtmayıblar.

Tibbi Müəssisədə nevroloji, stomatoloji, kardioloji şöbələr və UZİ fəaliyyət göstərir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti