...

Bakıda "Azərneftyağ" Neft Emalı Zavodunun əməkdaşının evi qarət edilib

Hadisə Materials 13 Sentyabr 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda yerləşən "Azərneftyağ" Neft Emalı Zavodunun əməkdaşının evindən oğurluq edilib.

Xətai rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 11-də saat 17:00 radələrində Babək prospekti, ev 8, mənzil 78 ünvanda yaşayan və "Azərneftyağ" Neft Emalı Zavodunda mühəndis işləyən Şəlalə Həsənovanın evindən 5 min ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.

RPİ-dən bildiriblər ki, hazırda hadisəni törədən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti