...

Azərbaycanın cənubunda tarixi abidə oğurlanıb

Hadisə Materials 18 Sentyabr 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 18 sentyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 270 kilometr aralı) Lənkəranın Cil kəndində 1000 - ə yaxın yaşı olan tarixi daş oğurlanıb.

Həmin daş el arasında "Əli ayağı" kimi tanınır və kənddəki Seyid Xəlifə türbəsində saxlanılırdı. Buradakı ağaclar və daşlar bölgənin qədim tarixindən xəbər verir.

Kəndin axundu Hacı Əli Əşrəf cümə axşamı Trend - a bildirib ki, buradakı daşların oğurlanması artıq ikinci dəfədir. Birinci oğurluq 1999 - cu ilin noyabrında olub; türbədən, buranın sahibinin baş daşını oğurlayıblar. 9 il ötsə də, nə oğru nə də baş daşı tapılıb.

Kənd sakinlərinin dediyinə görə, Seyid Xəlifə türbəsində 4 - cü imamımız Zeynalabdinin nəvələri Seyid Əmirxan, Seyid Davud və Seyid İbrahim dəfn edilib.

Kənd sakinləri bunu təxribat və dinimizə zərbə kimi qiymətləndirirlər.

Faktla bağlı Lənkəranın hüquq - mühafizə orqanlarına məlumat verilib. Lənkəran rayon polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib. Hazırda axtarış istiqamətində işlər aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti