Azərbaycan, Bakı, 02 oktyabr / Trend ,K. Zərbalıyeva/ Azərbaycanın paytaxtında mənzillərin birində partlayış olub.
Partlayış cümə axşamı səhər saat 09.30 radələrində, Bakının Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus birmərtəbəli 3 otaqlı evdə təbii qaz sızmasından baş verib.
Nəticədə, ev sahibi, onun həyat yoldaşı Səadət Məcnunova, qızları Aytac, Günel və oğlu Fərman Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]