...

Azərbaycanın şimalında ağır yol qəzası olub, ölənlər var

Hadisə Materials 16 Dekabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 16 dekabr / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend -un məlumatına görə, çərşənbə axşamı günorta saatlarında Quba -Xaçmaz yolunun 5 -ci km - də Xaçmaz istiqamətində hərəkət edən Ələkbər Kərimovun idarə etdiyi 40 BD 787 dövlət nömrə nişanlı "Qazel"lə əks istiqamətdə hərəkət edən Əsəd Əsgərovun idarə etdiyi 10 FO 643 dövlət nömrə nişanlı VAZ 21011 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ 21011-in sərnişinləri, 37 yaşlı Vəli Xalıqov, 58 yaşlı Mail Hacıyev və avtomaşının sürücüsü Əsəd Əsgərov hadisə yerində dünyasını dəyişib, digər sərnişin- 35 yaşlı Bəhmən İsfəndiyari və Qazelin sürücüsü Ələkbər Kərimov müxtəlif bədən xəsarətləri ilə Quba royon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

İsfəndiyarinin vəziyyəti ağırdır və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb VAZ 21011 markalı avtomobilin "Qazel"in hərəkət zolağına çıxması səbəb olub. Yolun buz bağlaması da qəzaya səbəb olan amillərdəndir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti