...

Bakıda baş vermiş qəzada polis kapitanı ölüb

Hadisə Materials 14 Yanvar 2009 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S. Kazımlı /Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı avtomobili ilə qəza törədən polis kapitanı ölüb, - çərşənbə günü Trend -a Nizami rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, yanvarın 13-də saat 21:00 radələrində Sabunçu RPİ 12-ci polis bölməsinin baş təhqiqatçısı, 28 yaşlı polis kapitanı Rüfət Məmmədov idarə etdiyi "Hunday" markalı avtomobillə Qara Qarayev prospektində hərəkət edərkən avtomobili körpünün orta dayağına vurub.  Məmmədov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin eyni əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması (263.2 - ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti