...

Bakıda biznesmenin avtomobili qarət edilib

Hadisə Materials 14 Yanvar 2009 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S. Kazımlı / Bakının Xətai rayon ərazisində biznesmenin avtomobili qarət edilib. Naməlum şəxslər avtomobildən külli miqdarda pul, telefon və sənədlər oğurlayıblar. Bu barədə çərşənbə günü Trend -a Xətai rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPI-dən bildiriblər ki, yanvarın 12-də saat 20:00 radələrində Məhəmməd Hadi küçəsində naməlum şəxslər 30 yaşlı Bakı sakini Etibar Quliyevə məxsus "Mercedes" markalı avtomobilin şüşəsini sındıraraq, içərisində 12 min manat pul, sənədlər və mobil telefon olan əl çantasını oğurlayıblar.

Hadisəni törətmiş şəxslərin tutulması üçün polis əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Zərərçəkənin bizneslə məşğul olduğu bildirilir.

Faktla bağlı Xətai RPİ-dən Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti