...

Bakıda yaşayış binasında partlayış baş verib, zərər çəkənlər var (ƏLAVƏ OLUNUB2)

Hadisə Materials 16 Yanvar 2009 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbirlər K.Zərbəliyeva, S.Kazımlı/ Cümə günü Azərbaycanın paytaxtında "Memar Əcəmi" metro stansiyası rayonunda Cavadxan 33  unvanında, yaşayış binasının beşinci mərtəbəsi partlayış nəticəsində dağılıb. Bu barədə Trend -a şahidlər xəbər veriblər. Onların sözlərinə görə, zərərçəkənlər var.

Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19 saylı polis bölməsindən cümə günü Azərbaycanın paytaxtında yaşayış binasında partlayış faktını Trend -a təsdiqləyiblər. Bölmə əməkdaşları hadisə yerində olduqları üçün, bölmədən hadisə haqqında ətraflı məlumat verməyiblər.

Hadisə yerinə FHN - in xilasetmə qrupları gəliblər.

Cümə günü saat təxminən 16.30 - da "Memar Əcəmi" metro stansiyası ilə üzbəüz yaşayış binasının dörd və ya beşinci mərtəbəsində partlayış baş verib, - Nəsimi rayonunun Qaz Qəza Xidmətindən cümə günü xəbər veriblər.

"Zəng, parlayışın baş verdiyi bina ilə qonşuluqda yerləşən binadan daxil olub. Xidmətimizin əməkdaşları məlumat alan kimi, dərhal hadisə yerinə gediblər", - İdarədən bildiriblər.

Zərər çəkənlər və baş verən hadisənin səbəbləri haqqında dəqiq məlumat hələ yoxdur, - İdarədən qeyd ediblər.

Trend -un müxbirinin paytaxtın təcili və təxirəsalınmaz tibbi yardım xidməti rəhbərinin müavini Rauf Nağıyevə istinadən verdiyi xəbərə görə,  partlayış nəticəsində yaralanmış iki nəfər təcili və təxirəsalınmaz  tibbi yardım xəstəxanasına göndərilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti