İranın Hörmüzqan əyalətinin Haciabad şəhərində üç polis nəfəri cinayətkarlarla silahlı atışma zamanı həlak olub. Bu barədə İran Polis Xidmətinin rəsmi saytı (http://news.police.ir) məlumat yayıb.
Məlumata əsasən, hadisə ötən gecə baş verib. Polislər xidməti yerlərinə qayıdarkən Mazgerd va pur kəndində cinayətkarların hücumuna məruz qalıblar. Pusqu quran cinayətkarlar polis nəfərlərinə onlara atəşə tutduqdan sonra hadisə yerindən qaçıblar. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb.