...

Polis Azərbaycan orta məktəbində baş verən kütləvi zəhərlənmə faktını araşdırır - prokurorluq

Hadisə Materials 23 Oktyabr 2009 18:30 (UTC +04:00)
Sumqayıt şəhər polisi 38 saylı orta məktəbdə baş verən kütləvi zəhərlənmə faktını araşdırır. Bu barədə şəhər prokurorunun köməkçisi Əhməd Məmmədov Trend News-a məlumat verib.
Polis Azərbaycan orta məktəbində baş verən kütləvi zəhərlənmə faktını araşdırır - prokurorluq

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər polisi 38 saylı orta məktəbdə baş verən kütləvi zəhərlənmə faktını araşdırır. Bu barədə şəhər prokurorunun köməkçisi Əhməd Məmmədov Trend -a məlumat verib.

Onun sözlərinə görə, bu gün gündüz saatlarında suxarı və çipsi firmasının distribüterinin əməkdaşları reklam məqsədi ilə Sumqayıt şəhər 38 saylı orta məktəb şagirdləri arasında öz məhsullarını paylayıblar.

"38 ibtidai sinif şagirdi zəhərlənmə diaqnozu ilə şəhər xəstəxanasına çatdırılıb. İlk təcili tibbi yardım göstərildikdən sonra şagirdlərin bir hissəsi evə buraxılılıblar. Hazırda 3 nəfər şagird xəstəxanadadır", - Məmmədov deyib.

Suxari paylayan firma əməkdaşları izahat vermək üçün Sumqayıt Polis İdarəsinə gətiriliblər. Məhsullar ekspertizaya göndərilib.

Məmmədovun dediyi kimi, araşdırma nəticəsində təqsirkarlar aşkar ediləcək, günahları sübuta yetirilərsə, Azərbaycanın Cinayət Məcəlləsinin "istehlakçıların aldadılması və ya keyfiyyətsiz məhsulların istehsalı və ya satışı" (200) maddəsinin müvafiq bəndlərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvabı: [email protected]

Xəbər lenti

Xəbər lenti