Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında yaşayış evində baş vermiş partlayış nəticəsində əcnəbi vətəndaşlar xəsarət alıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi 15-də yaşayan 1967-ci il təvəllüdlü Ülfət İsgəndər oğlu Mirzəyevin evində bu gün partlayış baş verib.
Nəticədə həmin evdə kirayə yaşayan Pakistan Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Husain Amir, 1986-cı il təvəllüdlü Afzal Mohsin, 1982-ci il təvəllüdlü Ahmed İstitaq, 1976-cı il təvəllüdlü Muhammed Vasin ağır xəsarət alıblar.
Xəsarət alan əcnəbi vətəndaşlar 5 saylı xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.