Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silahlı insident baş verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, yanvarın 28-də saat 18.00 radələrində N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.
Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.