...

Azərbaycanda Kür çayının məcradan çıxması nəticəsində Sabirabad rayonunun 8 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Hadisə Materials 12 May 2010 12:47 (UTC +04:00)
Sabirabadın 3 kəndinin - Mürsəlli, Umacalı və Şıxlar kəndlərinin əhalisi tamamilə, Bulduq kəndinin əhalisinin bir qismi köçürülüb
Azərbaycanda Kür çayının məcradan çıxması nəticəsində Sabirabad rayonunun 8 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanda Kür çayının məcradan çıxması nəticəsində Sabirabad rayonunun 8 kəndinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Trend-in məlumatına görə, bu barədə hadisə yerində olan millət vəkili Rüstəm Xəlilov çərşənbə günü jurnalistlərə bildirib ki, Sabirabadın 3 kəndinin - Mürsəlli, Umacalı və Şıxlar kəndlərinin əhalisi tamamilə, Bulduq kəndinin əhalisinin bir qismi köçürülüb. Mayın 10-da Mürsəlli, 11-də axşam saatlarında isə Umacalıdakı 20 metrlik bəndi sel suları dağıdıb və nəticədə ətraf kəndləri su basıb.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti